Əsas Səhifə > Cəmiyyət > “Royal Bank”ın rəhbərlərinin cinayət işi məhkəməyə göndərildi
“Royal Bank”ın rəhbərlərinin cinayət işi məhkəməyə göndərildi15-05-2020, 11:31 |
|
“Royal Bank”ın keçmiş direktoru və Müşahidə Şurasının sədri olan oğul ilə atanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Rubrika.Az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Cam Fuad Əli oğlu və Cam Əli Məhəmmədhəsən oğlunun cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Cinayət işində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb. Qeyd edək ki, bu ilin aprel ayında 8 il axtarışda olan “Röyal Bank”ın direktoru həbs edilərək Azərbaycana gətirilib. Xatırladaq ki, 12 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv edilib. Cam Fuad Əli oğluna Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi. Belə ki, Cam Fuad Əli oğlu bir neçə ölkənin vətəndaşlığını daşıyıb. Onu gah ABŞ-da, gah da Dubayda olduğu barədə informasiyalar dolaşırdı. Rubrika.Az Geri qayıt |