Əsas Səhifə > Aktual > DSX rəisinin müavini Əfqan Nağıyev məhkəmə qarşısına çıxarılıb
DSX rəisinin müavini Əfqan Nağıyev məhkəmə qarşısına çıxarılıb15-05-2020, 17:10 |
|
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə tutulan digər vəzifəli şəxslər məhkəməyə gətirilib. Rubrika.Az məlumatına görə, Binəqədi rayon Məhkəməsində istintaq orqanının həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verdiyi təqdimata baxılır. Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Rubrika.Az Geri qayıt |