Əsas Səhifə > Cəmiyyət > May ayında 8 gün iş olmayacaq - QƏRAR
May ayında 8 gün iş olmayacaq - QƏRAR15-05-2020, 19:40 |
|
Azərbaycan Respublikası Nazirlər Kabineti Respublika ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Qərar verib. Qərara əsasən; 1. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilsin; 1.2. xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin. 2. Müəyyən edilsin ki; 2.1. bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır; 2.2. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. Rubrika.Az Geri qayıt |