Əsas Səhifə > Dünya > Nyu-Yorkda karantin tədbirləri uzadıldı
Nyu-Yorkda karantin tədbirləri uzadıldı15-05-2020, 19:49 |
![]() ABŞ-ın Nyu-York əyalətində koronavirus pandemiyası səbəbindən karantin tədbirləri iyunun 13-dək uzadılıb. Rubrika.Az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib. Karantinin uzadılmasının səbəbi Nyu-Yorkda vəziyyətin getdikcə pisləşməsidir. Belə ki, son sutka ərzində burada daha 157 nəfər koronavirusdan dünyasını dəyişib. Kuomonun digər sərəncamına əsasən isə bu gündən etibarən ştatın 5 ərazisində - Central New York, Mohawk Valley, North Country, Finger Lakes və Southern Tierdə məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq. Rubrika.Az Geri qayıt |