Əsas Səhifə > Cəmiyyət > Bir sıra müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib
Bir sıra müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib15-05-2020, 19:59 |
|
16 və 17 may tarixlərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 7A, 7B, 67, 83, 92, 119, 165, 199 və 211 nömrəli müntəzəm, o cümlədən M1 və M5 nömrəli ekspress marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdiriləcək. Rubrika.Az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 7 A və 7B nömrəli marşrutlar İstiqamət: Z.Bünyadov pr.: Moskva pr. – 20 Yanvar dairəsi – Tbilisi pr. (geriyə dönmə manevri) – Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə. 67,83,92,119 və 199nömrəli marşrutlar İstiqamət: 3-cü mikrorayon dairəsi: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə. 79 nömrəli marşrutlar İstiqamət: M.Əcəmi m.st: Tbilisi pr. – S.C.Pişəvari küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə. 165 və 211 nömrəli marşrutlar İstiqamət: Z.Bünyadov pr.: H.Zərdabi küç. – Qələbə dairəsi - Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə. M1 və M2 nömrəli ekspress marşrutlar Müvəqqəti olaraq 3-cü mikrorayon dairəsinə qədər fəaliyyət göstərəcəkdir. 92 nömrəli marşrut İstiqamət: M.Əcəmi m.st : Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə. 193 nömrəli marşrut İstiqamət: Binə t/m: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç. daha sonra öz xətti üzrə təşkil edilib. 165 nömrəli marşrut İstiqamət: A.M.Şərifzadə küç.: 3-cü mikrorayon dairəsi - Ə.Salamzadə küç. – Qələbə dairəsi – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. daha sonra öz xətti üzrə. 211 nömrəli marşrut İstiqamət: Yasamal yaş.mas.: 3-cü mikrorayon dairəsi - C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küç. daha sonra öz xətti üzrə. M4 nömrəli ekspress marşrut İstiqamət: 20 Yanvar m.st: Tbilisi pr. – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Zərdabi küç. M7 nömrəli ekspress marşrut İstiqamət: İnşaatçılar m/st: Ə.Salamzadə küç. – Qələbə dairəsi daha sonra öz xətti üzrə.//Apa Rubrika.az Geri qayıt |