Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb
Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb15-05-2020, 21:57 |
|
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb. Rubrika.Az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 38565 şübhəli koronavirus testindən keçib, onlardan 1708-nin cavabı pozitiv çıxıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 4055 nəfər ölüb, 146457 nəfər bu infeksiyaya yoluxub, 106133 nəfəri isə müalicə olunub. Bu gün 2103 xəstə evə buraxılıb. Rubrika.Az Geri qayıt |