Əsas Səhifə > İstisadiyyat > “AG Bank” və “NBC Bank”da yerləşdirilən sığortalı əmanətlərin qaytarılması üçün işlər görülür
“AG Bank” və “NBC Bank”da yerləşdirilən sığortalı əmanətlərin qaytarılması üçün işlər görülür16-05-2020, 22:02 |
|
Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə lisenziyaları ləğv edilmiş “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq. Rubrika.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək. Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib. Rubrika.Az Geri qayıt |