Əsas Səhifə > Səhiyyə > Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı


17-05-2020, 16:26
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb.

Rubrika.Az bildirir ki, bu barədə “TASS” xəbər verib.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 695-ə çatıb.

Ümumilikdə pandemiyanın başladığı vaxtdan indiyədək Gürcüstanda 425 nəfər sağalıb, 12 nəfər vəfat edib.

Ölkədə koronavirus səbəbindən martın 21-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək davam edəcək.

Rubrika.Az
Geri qayıt