Əsas Səhifə > Hadisə > Sabirabadda yol qəzası piyadanın ölümünə səbəb oldu
Sabirabadda yol qəzası piyadanın ölümünə səbəb oldu17-05-2020, 17:28 |
|
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az-ın xəbərinə görə, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib. “VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, Mirəliyev Elnur Xanış oğlunu vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |