Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi
Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi17-05-2020, 18:12 |
|
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. Rubrika.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edişb 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Rubrika.Az Geri qayıt |