Əsas Səhifə > Hadisə > Bakıda mənzildə meyit tapılıb
Bakıda mənzildə meyit tapılıb18-05-2020, 19:49 |
![]() Bakıda mənzildə 71 yaşlı kişi meyiti tapılıb. Rubrika.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Ağayev Natiq İsrafil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Rubrika.Az Geri qayıt |