Əsas Səhifə > Cəmiyyət > Gəncədə marketdə liftin şaxtasına düşən qız öldü
Gəncədə marketdə liftin şaxtasına düşən qız öldü19-05-2020, 10:44 |
![]() Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada ölüb. Rubrika.Az-in "Report"a istinadla məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində fəaliyyət göstərən "Bazarstore"a aid mağazada satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Mübariz qızı Əliyeva ehtiyatsızlıqdan marketin yük liftinin şaxtasına düşərək ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən A.Əliyeva orada ölüb. Fakta bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Rubrika.Az Geri qayıt |