Əsas Səhifə > Dünya > Xanımını öldürməkdə günahlandıran Baş nazir istefa verdi

Xanımını öldürməkdə günahlandıran Baş nazir istefa verdi


19-05-2020, 17:46
Xanımını öldürməkdə günahlandıran Baş nazir istefa verdi



Mayın 13-də ilk koronavirus daşıyıcısının aşkarlandığı Lesotonun Baş naziri Tomas Tabane istefa vermək qərarına gəlib.

Rubrika.Az xəbər verir ki, bu barədə baş nazir canlı yayımda açıqlama verib: "Ölkəmə və məndən sonra ölkəni idarə edəcək şəxsə həmişə dəstək olacağına zəmanət verirəm. Təqaüdə çıxmanın və ictimai həyatdan uzaqlaşmağı vaxtı çatıb".

Xatırladaq ki, son aylar 80 yaşlı nazir həyat yoldaşını öldürməsi ilə bağlı səslənən fikirlərlə gündəmə gəlirdi. İstintaq zamanı Tabanenin yeni həyat yoldaşı da sorğuya alınıb və onun nazir ilə sui-qəsdçi arasında əlaqə qurduğu ortaya çıxıb. Nazirin məhz bu səbəblə istefa verdiyi güman edilir.


Rubrika.Az
Geri qayıt