Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusdan sağalanların sayı 2 198-ə çatdı

Azərbaycanda koronavirusdan sağalanların sayı 2 198-ə çatdı


19-05-2020, 18:43
Azərbaycanda koronavirusdan sağalanların sayı 2 198-ə çatdı


Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Rubrika.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1 279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Rubrika.Az
Geri qayıt