Əsas Səhifə > Hadisə > Goranboyda motosiklet piyadanı vurub
Goranboyda motosiklet piyadanı vurub19-05-2020, 21:40 |
|
Goranboyda piydanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb. 2000-ci il təvəllüdlü Quliyev Şirzad Anar oğlu yolu keçmək istəyən zaman onu motosiklet vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |