Əsas Səhifə > Hadisə > Biləsuvarda 4 otaqlı ev yandı
Biləsuvarda 4 otaqlı ev yandı20-05-2020, 00:08 |
|
Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə, bitişik, ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Rubrika.Az Geri qayıt |