Əsas Səhifə > Dünya > Rusiyada hərbi helikopter sərt eniş etdi, ölənlər var

Rusiyada hərbi helikopter sərt eniş etdi, ölənlər var


20-05-2020, 01:52
 Rusiyada hərbi helikopter sərt eniş etdi, ölənlər var

Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Rubrika.az xəbər verir ki, bu barədə RİA "Novosti"yə fövqəladə xidmətlərdəki mənbə bildirib.

Qeyd edilir ki, helikopter Klindən 20 kilometr məsafədə təlim-məşq uçuşu həyata keçirirmiş. Bu zaman o, sərt eniş edib. Müdafiə Nazirliyindən bildirilir ki, qəzaya texniki nasazlıq səbəb ola bilər.

Helikopterin hər iki "qara qutu"su tapılıb.

Rubrika.az
Geri qayıt