Əsas Səhifə > Təhsil > "İmtahan güzəşti"ndən kimlər istifadə edə biləcək? (EKSPERT)
"İmtahan güzəşti"ndən kimlər istifadə edə biləcək? (EKSPERT)20-05-2020, 13:06 |
|
"Yalnız dövlət imtahanı problemi olan şəxslər güzəştdən istifadə edə biləcəklər”. Rubrika.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Nazirlər Kabinetinin ali təhsil müəssislərinə qəbul qaydalarında edilən müvəqqəti dəyişiklikləri şərh edərkən deyib. Onun sözlərinə görə, dəyişikliklər bütün tələbələrə şamil olunur: "Yeni qaydalar bir başa aktiv tələbə statusunda olanlara aiddir. Dövlət imtahanından hazırda ali təhsil müəssisələrinin, kolleclərin son kursunda oxuyan, aktiv tələbə kimi qeydiyyatda olan və yalnız diplom almaq hüququna, dövlət imtahanı vermək statusuna malik şəxslər istifadə edə bilər. Yeni qaydalar bir və ya daha çox kəsiri olanlara şamil olunmur. Bu qaydalar kəsiri olmayan, yalnız dövlət imtahanı problem bütün tələbələrə şamil olunur". Qeyd edək ki, Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə 9-cu sinif buraxılış imtahanı qaydaları, 9 və 11-ci sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və ali təhsil müəssislərinə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edilib. Rubrika.Az Geri qayıt |