Əsas Səhifə > Cəmiyyət > Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ20-05-2020, 18:31 |
|
Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib. Rubrika.Az-ın xəbərinə görə, səfirlik həmin şəxslərə AZAL-ın Varşava-Bakı istiqaməti üzrə həyata keçiriləcək ödənişli təxliyə reysi ilə bağlı aşağıdakı məlumatları təqdim edib: 1) Xahiş edirik, müraciətiniz əsasında sizə göndərilmiş elektron linklər üzrə ödənişi həyata keçirib-keçirmədyinizi 20.05.2020-ci il saat 18:00-a qədər bildirəsiniz. 2) AZAL-ın təşkil etdiyi təxliyə reysi 21.05.2020-ci il tarixdə gündüz saat 12:00-da Varşava Şopen hava limanında A terminalında E bölməsindən həyata keçiriləcək. 2) Nəzərə alaraq ki, bu xüsusi reysdir, bilet üçün ödəniş etmiş sərnişinlər hava limanında uçuşdan üç saat öncə saat 09:00-da olmağınız xahiş edilir. Bu müddət ərzində təyyarəyə qeydiyyatdan keçməyiniz üçün zəruri prosedurlar həyata keçiriləcək. Xahiş edirik, gecikməyin!//oxu.az Rubrika.Az Geri qayıt |