Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda 164 ticarət müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycanda 164 ticarət müəssisəsində nöqsanlar aşkarlanıb20-05-2020, 19:36 |
![]() Qida Təhlükəsizliyi Agentliyinə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olunub ki, bir sıra sahibkarlar nəzarət tədbirlərinin yumşaldılması hallarından sui-istifadə etməklə müxtəlif pozuntulara yol veriblər. AQTA-dan verilən məlumata görə, aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb. Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər, eləcə də 435,02 litr olan spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib.//musavat.com Rubrika.Az Geri qayıt |