Əsas Səhifə > Cəmiyyət > Daha bir rayona yeni icra başçısı təyin edildi
Daha bir rayona yeni icra başçısı təyin edildi21-05-2020, 16:53 |
|
Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rubrika.az xəbər verir ki, Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Rubrika.az Geri qayıt |