Əsas Səhifə > Cəmiyyət > Ağciyər İnstitutunda daha bir xəstə öldü
Ağciyər İnstitutunda daha bir xəstə öldü21-05-2020, 17:02 |
|
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb. Rubrika.az Medicina.az-a istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyər ödəmi, ikitərəfli durğunluq pnevmoniyası, xroniki böyrək çatışmazlığı, ikinci tip şəkərli diabet - insulin tələbli, ağciyər vərəmindən sonrakı fibroz diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb. Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub. Rubrika.az Geri qayıt |