Əsas Səhifə > Cəmiyyət > Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA21-05-2020, 17:24 |
|
“Səhiyyə Nazirliyi ilə birlikdə çimərliklərdə monitorinqlərə başlanılıb”. Rubrika.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, yaxın zamanda monitorinqlərin nəticələri bilinəcək: “Bir sıra çimərliklərdə dəniz suyundan nümunələr artıq götürülüb və Səhiyyə Nazirliyi ilə birlikdə laborator müayinələrə başlanılıb”. “İyunun 1-də, böyük ehtimalla, Abşeron yarmadasının çimrəliklərində su nümunələrinin nəticələri analiz olunacaq və nəticəsi açıqlanacaq”, - deyə nazir qeyd edib. Rubrika.Az Geri qayıt |