Əsas Səhifə > Cəmiyyət > Baş Prokurorluqda daha bir təyinat olub
Baş Prokurorluqda daha bir təyinat olub21-05-2020, 17:50 |
|
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb. Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb. Rubrika.Az Geri qayıt |