Əsas Səhifə > Dünya > Britaniyada koronavirusa yoluxanların sayı 250 mini ötdü
Britaniyada koronavirusa yoluxanların sayı 250 mini ötdü21-05-2020, 18:37 |
|
Böyük Britaniyada son sutkada 338 nəfər COVID-19-un qurbanı olub. Rubrika.Az xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb. Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 36 042-yə çatıb. Yoluxma faktlarının sayı daha 2 615 nəfər artaraq 250 908-ə yüksəlib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 330 mindən çoxu isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |