Əsas Səhifə > Müsahibə > ÜST: Azərbaycanda koronavirusla mübarizəyə əlavə həkimlər cəlb oluna bilər
ÜST: Azərbaycanda koronavirusla mübarizəyə əlavə həkimlər cəlb oluna bilər22-05-2020, 10:17 |
|
"REACT-C19 layihəsinin yekunları gələn ay təhlil olunacaq və əgər ehtiyac olsa əlavə həkimlər cəlb oluna bilər". Rubrika.az "Report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, layihə iyunun sonunda yekunlaşacaq: "Bu barədə onda dəqiq nəsə demək olar". Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov isə əlavə edib ki, layihədə iştirak edən həkimlər dövlət hesabına Türkiyədə oxuyan şəxslərdir: "Xaricdə oxuyan şəxslərin vətənə qayıdıb koronavirusla mübarizəyə töhfə vermələri qürurvericidir". Rubrika.az Geri qayıt |