Əsas Səhifə > Cəmiyyət > Bakı sakini arvadını liftdə qətlə yetirdi
Bakı sakini arvadını liftdə qətlə yetirdi22-05-2020, 10:58 |
|
Bakıda qətl hadisəsi baş verib. Rubrika.az-ın “Report”a istinadla xəbərinə görə, hadisə mayın 21-i saat 21:30 radələrində Binəqədi rayon ərazisində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Könül Əsgərova yaşadığı binanın liftində əri, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov tərəfindən bıçaqla qətlə yetirilib. Məlumata görə, kişi avrvadını qısqanclıq zəminində öldürüb. Daha sonra H.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Rubrika.az Geri qayıt |