Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda koronavirusu aşkarlayan 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq
Azərbaycanda koronavirusu aşkarlayan 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq22-05-2020, 17:51 |
|
“Hökumət tərəfindən 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verilib”. Rubrika.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. R. Bayramlı deyib ki, yaxın günlərdə bu laboratoriyaların qurulmasına başlanacaq: “Ölkəmizdə hazırda 1 milyon nəfərə 25 minə qədər test düşür”. Yeni laboratoriyalar test aparmaq imkanlarını artıracaq. Rubrika.Az Geri qayıt |