Əsas Səhifə > Dünya > İtaliyanın baş naziri parlamentdə hər kəsi qorxutdu - FOTOLAR
İtaliyanın baş naziri parlamentdə hər kəsi qorxutdu - FOTOLAR22-05-2020, 18:03 |
![]() İtaliyanın baş naziri Cüzeppe Konte ötən gün parlamentdə keçirilən konfransda hər kəsi qorxuya salıb. Rubrika.Az Musavat.com-a istinadən bildirir ki, baş nazir Covid-19 virusu ilə bağlı keçirilən konfransda çıxışı zamanı öskürməyə başlayıb. Bu zaman konfransda iştirak edən hər kəs narahat olmağa başlayıb. Hətta müxalifətçilər yerdən söz ataraq, baş nazirə “Maska tax” deyə sərt reaksiya veriblər. Öskürək səbəbi ilə çıxışını dayandıran C.Konte kürsüdəki stəkandan su içib, çıxışına davam etməyə çalışıb. Lakin su da baş nazirə kömək etməyib və o, yenidən öskürməyə başlayıb. Sonda Konte “Nitqimin sonuna keçirəm. Boğazımda problem var” deyərək, çıxışını bitirib. Rubrika.Az Geri qayıt |