Əsas Səhifə > Cəmiyyət > Kamil Zeynallı azadlığa çıxdı
Kamil Zeynallı azadlığa çıxdı22-05-2020, 20:40 |
|
Karantin qaydalarını pozduğuna görə həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb. Bu barədə Rubrika.Az-a vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, K.Zeynallının barəsindəki inzibati həbs müddəti başa çatıb və azadlığa buraxılıb. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi mayın 12-də K.Zeynallıya 10 sutka müddətinə inzibati həbs cəzası verib. O, karantin qaydalarını pozaraq SMS icazə almadan evdən çıxdığına görə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cəzalandırılıb. Rubrika.Az Geri qayıt |