Əsas Səhifə > Siyasət > Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub
Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub22-05-2020, 22:41 |
|
Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Rubrika.Az TASS-a istinadən xəbər verir. Bildirilir ki, nazirlər koronavirusla mübarizə üzrə ikitərəfli qarşılıqlı əlaqə, həmçinin MDB çərçivəsində cari əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlər həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 73-cü sessiyasının nəticələrini nəzərə alaraq koronavirusla mübarizədə əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ÜST-ün 73-cü sessiyası mayın 18-19-da telekonfrans rejimində Cenevrədə keçirilib. Sessiyanın nəticələrinə uyğun olaraq, pandemiyaya beynəlxalq reaksiya verilməsi üzrə qətnamə qəbul edilib. Rubrika.Az Geri qayıt |