Əsas Səhifə > Hadisə > Bakıda avtomobil 54 yaşlı qadını vurdu
Bakıda avtomobil 54 yaşlı qadını vurdu22-05-2020, 22:44 |
|
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. 20 saylı orta məktəbin yaxınlığında 1966-cı il təvəllüdlü Quliyeva Məlahət Məhəmməd qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əziyi diaqnozları qoyulub. Rubrika.Az Geri qayıt |