Əsas Səhifə > İdman > Azərbaycan millisinin futbolçusu "Nürnberq"ə qol vurub
Azərbaycan millisinin futbolçusu "Nürnberq"ə qol vurub22-05-2020, 22:46 |
|
Almaniya II Bundesliqasında XXVII tura start verilib. Rubrika.Az-ın Apasport.az-a istinadən xəbərinə görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfər matçına çıxıb. Aşağı pillələrdə qərarlaşan "Nürnberq"in qonağı olan "Aue" səfərdən 1:1 hesablı bərabərliklə dönüb. Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə məhz Nazarov imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib. Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən "Aue" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır. Rubrika.Az Geri qayıt |