Əsas Səhifə > Bölgə > Qazaxa dolu yağıb

Qazaxa dolu yağıb


22-05-2020, 23:17
Qazaxa dolu yağıb



Yerli vaxtla saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən Rubrika.Az-a verilən məlumata görə, dolu təxminən 10 dəqiqə davam edib.

Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.


Rubrika.Az
Geri qayıt