Əsas Səhifə > Dünya > Rusiyalı deputat koronavirusdan sağaldı
Rusiyalı deputat koronavirusdan sağaldı22-05-2020, 23:19 |
|
Rusiya Dövlət Duması Federal Məclisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina koronavirusa qalib gəlib. Rubrika.Az xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb. “Covid-19 testiminin neqativ nəticəsi və antitellərimlə birgə sevdiklərimə, əzizlərimə, yaxınlarıma və dostlarıma tələsirəm”, - deyə Puşkina qeyd edib. O, sağalmasında əməyi olan həkimlərinə təşəkkürünü bildirib. Xatırladaq ki, Oksana Puşkina xəstəliyə simptomsuz yoluxmuşdu. Kompyuter tomoqrafiyası zamanı onun ciyərlərində dəyişiklik müşahidə olunmuşdu.// “Qafqazinfo” Rubrika.Az Geri qayıt |