Əsas Səhifə > Cəmiyyət > Bakıda evdən 14 min manatlıq oğurluq oldu
Bakıda evdən 14 min manatlıq oğurluq oldu26-05-2020, 12:38 |
![]() Bakıda evdə oğurluq hadisəsi baş verib. Rubrika.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıb. Rubrika.Az Geri qayıt |