Əsas Səhifə > RubrikaTV Video > Türkiyədə 1 milyon mənimsəyən eks-deputat qızı belə saxlanıldı - Video

Türkiyədə 1 milyon mənimsəyən eks-deputat qızı belə saxlanıldı - Video


26-05-2020, 17:59
Türkiyədə 1 milyon mənimsəyən eks-deputat qızı belə saxlanıldı - Video



Türkiyə polisi özünü keçmiş millət vəkilinin qızı kimi tanıdaraq dələduzluq edən Xalidə M. adlı qadını saxlayıb.

Rubrika.Az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Ankarada dələzudluq və soyğunçuluq cinayətləri ilə mübarizə aparan polis şöbəsi daxil olan çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat çərçivəsində “Azərilər Dayanışma Derneyi” adlı təşkilatın üzvü olan və bu təşkilat vasitəsilə insanları aldadaraq onlardan təxminən 1 milyon lirə mənimsəyən Xalidə M. saxlanılıb.

İstintaqla Azərbaycan əsilli qadının Türkiyəyə 8 il öncə turist olaraq gəldiyi və Azərbaycanda dələduzluq faktına görə axtarışa verildiyi müəyyənləşdirilib. Həmçinin məlum olub ki, o, Rusiyada universitetdə təhsil alıb və 3 dil bilir. Anası ötən illərdə Rusiyada millət vəkili kimi fəaliyyət göstərib.

Bundan əlavə, Xalidə M.-nin bir çox insanı evlilik vədi ilə aldatdığı da bəlli olub.





Rubrika.Az







Geri qayıt