Əsas Səhifə > Dünya > Rusiyanın daha bir deputatı koronavirusa yoluxdu
Rusiyanın daha bir deputatı koronavirusa yoluxdu26-05-2020, 19:22 |
|
Rusiya Dövlət Dumasının millət vəkili Mizail Kuzmin koronavirusa yoluxub. Rubrika.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə deputat özü məlumat verib. O bildirib ki, hazırda özütəcrid rejimindədir. “Görünür, mən koronavirus deyilən xəstəliyə yoluxmuşam. Testim pozitiv çıxdı. Əlavə müayinəni gözləyirəm. Həftəsonu evə- Stavropola getmək istərdim”. Kuzminin sözlərinə görə, Moskvadakı mənzilində özünütəcrid rejimində olacaq. “Özümü yaxşı hiss edirəm. Görək hadisələr necə inkişaf edəcək. Sizə məlumat verəcəyəm. Bu xəbər mənim üçün xoşagəlməz oldu”, - deyə deputat söyləyib. Qeyd edək ki, Mixail Kuzmin Dövlət Dumasına 2016-cı ilin sentyabrında Stavropol diyarından deputat seçilib. Bundan əvvəl Rusiya Dövlət Dumasının daha 5 millət vəkili koronavirusa yoluxmuşdu. Rubrika.Az Geri qayıt |