Əsas Səhifə > Siyasət > Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub
Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub26-05-2020, 19:28 |
|
"Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub". Rubrika.Az bildirir ki, bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib. Onun sözlərinə görə, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib. "İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib. O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var. Rubrika.Az Geri qayıt |