Əsas Səhifə > Siyasət > Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib26-05-2020, 19:57 |
|
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Rubrika.Az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm". Rubrika.Az Geri qayıt |