Əsas Səhifə > Cəmiyyət > Binəqədidə narkotik alverçiləri saxlanılıb

Binəqədidə narkotik alverçiləri saxlanılıb


27-05-2020, 11:50
Binəqədidə narkotik alverçiləri saxlanılıb

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Rubrika.Az-in məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Rəşad Baxşıyevdən 0, 184 qram heroin, 0,188 marixuana və 17,435 çətənə toxumu aşkar edilib.

Bundan başqa Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər adam öldürməyə məhkum olunan, 1979-cu il təvəllüdlü Elxan Mustafayevdən 2, 039 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt