Əsas Səhifə > Cəmiyyət > Qəzada həlak olan şəhid oğlu həm də Aprel döyüşlərinin qəhrəmanı imiş - FOTO

Qəzada həlak olan şəhid oğlu həm də Aprel döyüşlərinin qəhrəmanı imiş - FOTO


27-05-2020, 12:39
Qəzada həlak olan şəhid oğlu həm də Aprel döyüşlərinin qəhrəmanı imiş - FOTO

Ötən gün Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində həlak olan 4 hərbi qulluqçudan biri Aprel döyüşlərinin iştirakçısı olub.

Rubrika.Az xəbər verir ki, söhbət Ceyhun Qafarov ordumuzun giziri olub.

O, Lerik rayonu Siyov kəndində anadan olmuşdu.

Ceyhun Qafarovun atası mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.

Rubrika.Az
Geri qayıt