Əsas Səhifə > Din > Məhərrəm ayı bu tarixdə başlayacaq
Məhərrəm ayı bu tarixdə başlayacaq27-05-2020, 13:52 |
|
Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq. Rubrika.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangirli bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq. Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq. QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir. Rubrika.Az Geri qayıt |