Əsas Səhifə > Səhiyyə > Qarabağda koronavirusa yoluxan ermənilərin sayı artdı

Qarabağda koronavirusa yoluxan ermənilərin sayı artdı


27-05-2020, 15:43
Qarabağda koronavirusa yoluxan ermənilərin sayı artdı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa daha 4 yoluxma qeydə alınıb.

Rubrika.Az istinadən bildirir ki, 56 koronavirus testinin 4-ü müsbət nəticə verib. Həmin 4 nəfər təcrid olunub.

Rəsmi məlumata görə, Qarabağda koronavirusa yoluxanların ümumi sayı 38-dir. Qeyri-rəsmi məlumatlarda isə yoluxma sayının daha çox olduğu bildirilir.

Rubrika.Az
Geri qayıt