Əsas Səhifə > Mədəniyyət > Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi ilə...
Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi ilə...27-05-2020, 17:02 |
|
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb. Rubrika.Az bildirir ki, bu barədə Unikal.org-a əməkdar artistin özü məlumat verib. O bildirib ki, hazırda xəstəxanada müalicə olunur: “Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”. Rubrika.Az Geri qayıt |