Əsas Səhifə > İdman > Millimizin oyunlarının vaxtı açıqlandı
Millimizin oyunlarının vaxtı açıqlandı27-05-2020, 17:32 |
|
Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı. Rubrika.Az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşü isə oktyabrın 27-də oynanılmasına qərar verilib. Matçların hansı stadionda oynanılacağı və başlanma vaxtı barədə əlavə məlumatın veriləcəyi bildirilib. Rubrika.Az Geri qayıt |