Əsas Səhifə > Hadisə > Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub
Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub27-05-2020, 18:05 |
|
Daşkəsən rayonunda azyaşlı piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Rubrika.Az-ın məlumatına görə, hadisə rayonun girişindəki Bayraq meydanı ərazisində qeydə alınıb. Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yusif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən onu "VAZ-21015" markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |