Əsas Səhifə > İdman > Qadın futbol millimizin təxirə salınmış iki oyununun yeni vaxtı bəlli oldu
Qadın futbol millimizin təxirə salınmış iki oyununun yeni vaxtı bəlli oldu27-05-2020, 18:58 |
|
Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb. Rubrika.Az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış oyun, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək. Həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib. Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.//oxu.az Rubrika.Az Geri qayıt |