Əsas Səhifə > Səhiyyə > Almaniyada koronavirusa yoluxanların sayı 180 minə çatır
Almaniyada koronavirusa yoluxanların sayı 180 minə çatır28-05-2020, 10:57 |
![]() Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 353 nəfər artıb, 62 insan ölüb. Rubrika.Az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib. İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 179 717 yoluxma qeydə alınıb. COVID-19-dan 8 411 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 163 mindən çox pasiyent sağalıb. Almaniyada virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 46 729 nəfər COVID-19-a yoluxub. Şimal Reyn-Vestfaliyada 37 698 və Baden-Vürtemberqdə 34 129 nəfər virus daşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 703 yoluxma qeydə alınıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |