Əsas Səhifə > Din > Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır28-05-2020, 11:23 |
![]() Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq etdiyi qadağanı 2 mərhələdə yumşaldacaq. Rubrika.Az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06:00-dan 15:00-dək küçəyə çıxmağa icazə veriləcək. Məlumata görə, Məscidül-Həramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq. İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06:00-dan 20:00-dək küçəyə çıxmağa icazə veriləcək. Rubrika.Az Geri qayıt |